Biləsuvarda əməliyyat: iki kiloqramdan çox heroinlə tutuldular

  • 12:52 - 25 İyul

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 2 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avropa.info-ya verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhəri Suraxanı rayon sakinləri N. Manaflı və B. Nəcəfov Biləsuvar şəhəri ərazisində saxlanılaraq Rayon Polis Şöbəsinə gətiriliblər. Keçirilən şəxsi axtarış zamanı N. Manaflının üzərindən və əlindəki plastik qutudan ümumilikdə 2 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 6084

Oxşar yazılar