“Tokio-2020”: Futbol yarışlarının vaxtı müəyyənləşib

  • 19:45 - 24 İyul

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında futbol yarışlarının vaxtı bəlli olub.

Avropa.info  FIFA-nın rəsmi “Twitter” səhifəsinə istinadla xəbər verir ki, kişilərin yarışı gələn il iyulun 22-dən avqustun 7-dək təşkil olunacaq. Qadınların analoji turniri isə iyulun 21-dən avqustun 6-dək keçiriləcək.

Qeyd edək ki, “Tokio-2020” koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınıb. Olimpiada iyulun 23-dən avqustun 8-dək təşkil olunacaq.


Oxunma sayı: 7250

Oxşar yazılar