Maqnitofon oğurluğuna görə tutuldu

  • 15:32 - 24 İyul

Oğurluqda şübhəli bilinən Sabirabad rayonunun Qalağayın kənd sakini Y.Heydərov saxlanılıb. 

Avropa.info xəbər verir ki, bu barədə DİN məlumat yayıb. 

Qeyd olunub ki, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində 1 avtomobildən maqnitofon, səsgücləndiricilər, 1 evdən məişət və 1 həyətyanı sahədən su mühərriki oğurlamaqda şübhəli bilinən Qalağayın kənd sakini Y.Heydərov məsuliyyətə cəlb edilib. 


Oxunma sayı: 7525

Oxşar yazılar