Son dəqiqə! Dünyanın gözü İstanbulda: Ayasofya camisi üçün tarixi gün gəldi – İlk Cümə namazı qılındı – Video

  • 11:06 - 24 İyul

Ayasofya camisi 86 ildən sonra yenidən dirilişini  cümə namazı ilə dünyaya elan edir.

Avropa.info xəbər verir ki, koronovirusa qarşı tədbirlərə görə, məscidə sadəcə 1000 nəfər buraxılacaq, ancaq Türkiyənin dörd tərəfindən on minlərlə adam və tarixi günə şahid olan bütün müsəlmanlar bayram sevinci yaşayacaq. 

Türkiyə Dövlət Hüquq Şurasının qərarı və Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə 86 il sonra cami statusuna qovuşan Ayasofya bu gün qılınacaq Cümə namazı ilə ibadətə açılacaq.

Cümə xütbəsini Diyanət İşləri sədri Əli Ərbaş oxuyacaq, cümə namazı da onun imamlığı ilə qılınacaq. Tarixi ana on minlərlə vətəndaş şahidlik etməsi gözlənilir.

Yarın kılınacak cuma namazı ile 86 yıl sonra ibadete açılacak Ayasofya Camisi'nde hazırlıklar sürüyor. Bu çerçevede başta Sultan Ahmet olmak üzere bölgedeki 21 cami sabaha kadar açık olacak.

Ayasofyanın açılışı ilə əlaqədar İstanbulda caminin ətrafındakı küçə və meydanlar bağlanıb.

Cümə namazını qılmaq üçün kişilərə 3, qadınlara isə 2 meydan açılıb.

Bu gün saat 11:00-da dua və təkbirlərlə başlayacaq roqramda Qurani-Kərim oxunacaq. Türkiyənin tanınmış Quran hafizləri ilk olaraq, birici cüzü oxuyaca, sonra “Kəhf” surəsi, “Məryəm”, “Yasin”, “Fəth” surələri oxunacaq.

Namaza gələnlərin hərarəti ölçüləcək, tibbi maska ilə bağlı yoxlamalar aparılacaq. Ərazidə 736 tibb personalı, biri helikopter ambulans olmaq üzrə 101 ambulans vəzifə başında olacaq. Bundan əlavə, meydana girişlərdə polislər yoxlama aparacağı üçün çanta gətirilməməsi istənilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu gün cümə namazını Ayasofyada qılacaq. Diyanət İşləri Başqanlığı HDP-dən başqa TBMM-dəki bütün siyasi partiyalara liderləri və millət vəkillərinə dəvət göndərib. 

Ayasofyanın açılışında Azərbaycan, Qatar və bir çox ölkədən nümayəndə heyətləri iştirak edəcək.


Oxunma sayı: 23585

Oxşar yazılar