"Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri satın alınıb, insanlar bu səbəbdən ölür" - ABŞ hökumətindən dünyanı şok edən açıqlama

  • 00:53 - 23 İyul

ABŞ Xarici İşlər naziri Mayk Pompeo Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesusun Çin tərəfindən satın alındığını iddia edib.

Avropa.info xəbər verir ki, İngiltərədə səfərdə olan Pompeo ÜST-ə ağır ittihamlar irəli sürüb. 

"Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Qebreyesus Çin tərəfindən satın alınıb. İngilislər də, başqa insanlar da bu səbəbdən ölür" - Pompeo belə deyib.
 

İttihamlara cavab verən ÜST, iddiaları rədd edib.

"Bu tip hücumları və əsassız suçlamaları rədd edirik. Ölkələri hələ də ölümlərə səbəb olan virusla mücadiləyə dəvət edirik"- ÜST-nın açıqlamasında belə deyilir. 


Oxunma sayı: 18393

Oxşar yazılar