Oğuzda 30 yaşlı kişi bıçaqlanıb

  • 20:20 - 22 İyul

Oğuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un  məlumatına görə, hadisə dünən axşam saatlarında rayonun Şirvanlı kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1992-ci il təvəllüdlü Pərvin Nəsrəddin oğlu Lətifov şəxsi münaqişə zəminində həmkəndlisi, 1990-cı il təvəllüdlü Röyal Ramiz oğlu Abdullayevə bıçaqla xəsarət yetirib.

30 yaşı Röyal Abdullayev Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisəni törədən 28 yaşlı Pərvin Lətifov Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 15225

Oxşar yazılar