Son dəqiqə : İsrail Suriyanın paytaxtı Dəməşqi bombaladı - Əsəd rejimi və İran dəstəkli qruplar vuruldu (FOTO)

  • 01:51 - 21 İyul

Bəşər Əsəd rejimi İsrailə aid döyüş təyyarələrinin Suriyanın paytaxtı Dəməşqi bombaladığını açıqlayıb. 

Avropa.info xəbər verir ki, Əsəd rejiminin rəsmi xəbər agentliyi SANA, İsrailin Dəməşqin cənubunu bombaladığını bildirib.
 
Agentliyin məlumatına görə, Əsəd rejiminə aid havadan müdafiə sistemləri İsrailin bir çox raketlərini zərərsizləşdirə bilib. Məlumata görə, bombalama nəticəsində paytaxt Dəməşqə maddi ziyan dəyib. Həmçinin, Dəməşqin cənubunda İran İnqilab Keşikçilərinin nəzarətində olan terrorçu qrupların da bombalandığı bildirilir. 

İsrail hökuməti iddia edilən hücumla bağlı hələlik bir açıqlama yaymayıb.


Oxunma sayı: 17623

Oxşar yazılar