Həbib Nurməhəmmədov karyerasını bitirir? - UFC prezidentindən açıqlama

  • 15:21 - 20 İyul

UFC-nin prezidenti Deyn Uayt qarışıq döyüş növləri üzrə yüngül çəkidə dünya çempionu Həbib Nurməhəmmədovun karyerasını yekunlaşdırmaqla bağlı qərar qəbul etməsindən narahat olduğunu deyib.

Avropa.info xəbər verir ki, Uayt Nurməhəmmədovu karyerasında hər şeyə nail olmuş məğlubedilməz döyüşçü adlandırıb, lakin onun daim döyüşə bilməyəcəyini də başa düşdüyünü deyib.

Həbibin karyerasını bitirmə qərarına atası Əbdülmanap Nurməhəmmədovun vəfat etməsi də təsir edə bilər. 

"Heç vaxt başqa Həbib olmayacaq, Həbib kimi başqa Konor da olmayacaq. Başqa ulduzlar da olacaq bu həyatımızın ən maraqlı hissəsidir. Növbəti kim olacaq?

Biz heç vaxt düşünməzdik ki, bizim İrlandiyadan superulduzumuz olacaq. Kim düşünə bilərdi ki, məğlubedilməz çempion bütün dünyada sevilən bir müsəlman olacaq? - Uayt deyib.


Oxunma sayı: 12398

Oxşar yazılar