Rusiya qanunsuz silahlı birləşmələrdə iştirak edən azərbaycanlını axtarışa verdi

  • 11:54 - 20 İyul

Qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə təqsirləndirilən azərbaycanlı “İnterpol” xətti ilə axtarışa verilib.

Trend-in məlumatına görə, 1993-cü il təvəllüdlü azərbaycanlı Raman Salayev Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib.

R.Salayev qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunub və Rusiya hüquq-mühafizə orqanlarında onun barəsində cinayət işi başlanıb. İstintaqdan yayınan R.Salayev barədə Rusiya dövlətlərarası axtarış elan edib və saxlanılması üçün “İnterpol”a müraciət olunub.


Oxunma sayı: 9758

Oxşar yazılar