Yevlaxda çətənə bitkisi yetişdirən şəxs ələ keçdi - FOTO

  • 22:35 - 18 İyul

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilir ki, daxil olmuş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayon sakini Xanoğlan Hacıyev saxlanılıb.

 

X.Hacıyevin yaşadığı ünvana baxış keçirilən zaman evinin həyətyanı sahəsində aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi çəkisi 400 kiloqramdan artıq 60 ədəd çətənə kolları və həmin ərazidə qurutmaq üçün sərdiyi 4 kiloqramdan artıq marixuana da aşkar edilərək götürülüb. Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı X. Hacıyev çətənə kollarını şəxsi istifadəsi üçün becərdiyini bildirib.

Faktla bağlı Yevlax RPŞ-də araşdırma aparılır.

 


Oxunma sayı: 10880

Oxşar yazılar