Ərdoğandan xalqa 15 iyul mesajı : "O gecə bu millətə zincir vurmağa təkrar cəhd etdilər, bacarmadılar" (VİDEO)

  • 22:43 - 15 İyul

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul xain dövlət çevrilişi cəhdinin ildönümü münasibəti ilə xalqa müraciət edib. 

Avropa.info xəbər verir ki, Ərdoğan 2016-ci ildə cəhd edilən dövlət çevrilişi ilə millətə zəncir vurulmağa çalışıldığını, lakin məkrili qüvvələrin buna nail ola bilmədiklərini deyib. 

"15 iyul gecəsi hürriyət aşiqi olan bu millətə zəncir vurmağı sınadılar və həmd olsun bacara bilmədilər. Millətimizin hər bir fərdi azanı, bayrağı , azadlığı və gələcəyi üçün bir qəhramana çevirilə biləcəyini isbatladı. Azanımızı susdurmaq, bayrağımızı endirmək, milli iradəni ayaqlar altına almaq istəyənləri şanlı dirənişimizlə hüsrana uğratdıq. Dünyada cəsarətlə şəhadətə yürüyən, xainlər qarşısına çıxan başqa millət yoxdur. 15 iyul ölkəmizi işğal cəhdi idi. Bir əsr öncə torpaqlarının böyük hissəsini itirərək Cümhuriyyətini quran millətimiz 15 temmuzda eyni fəlakətə izn verməyəcəyini elan etmişdir."

Avropa.info Ərdoğanın çıxışının tamamının VİDEOsunu təqdim edir


Oxunma sayı: 13630

Oxşar yazılar