Fransa XİN Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatı pisləyib

  • 20:45 - 15 İyul

Fransanın Avropa və Xarici İşlər Nazirliyi Ermənistan Azərbaycanla sərhəddə törətdiyi təxribatla bağlı bəyanat yayıb.

Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa müvafiq surətdə həll ediləcəyinə əminlik ifadə olunur və bu məsələdə ATƏT-in Minsk Qrupu üzvlərinin öhdəlikləri bir daha xatırlanır.

"Fransa Ermənistanla Azərbaycan sərhədində iyulun 12-dən başlayan silahlı toqquşmanı pisləyir. Biz hər iki tərəfi atəşkəs rejiminə hörmət etməyə və vəziyyətin daha da pisləşməməsi üçün dialoqu davam etdirməyə çağırırıq. Fransa Minsk Qrupunun həmsədri olaraq rusiyalı və amerikalı tərəfdaşları ilə birlikdə beynəlxalq hüquqa uyğun olaraq Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə və davamlı şəkildə həlli üçün öz öhdəliklərini həyata keçirəcək", - bəyanatda qeyd olunur. 


Oxunma sayı: 4280

Oxşar yazılar