Səudiyyə Ərəbistanından Azərbaycana dəstək : "İƏT-in mövqeyi bizim mövqeyimizdir"

  • 18:08 - 15 İyul

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi ölkəmizin ərazi bütövlüyünə dəstəyini ifadə edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın verdiyi məlumata görə, səfirliyin şifahi notasına görə, Ermənistan tərəfindən törədilən son təxribata dair İslam Əməkdaşlıq Təşkilatının (İƏT) mövqeyi bütün müsəlman ölkələrinin mövqeyini əks etdirir.

“Səfirlik Səudiyyə Ərəbistanı tərəfindən münaqişənin BMT TŞ və İƏT-in verdikləri qətnamələrə, Azərbaycanın ərazi bütövlüyünə əsasən həll olunmasına verilən dəstəyi bir daha təsdiq edib”, - XİN rəsmisi qeyd edib.


Oxunma sayı: 23816

Oxşar yazılar