"Hər iki lider danışıqlara başlamaq təlimatı verdi" - Peskov Putin-Ərdoğan görüşü haqda

  • 17:05 - 15 İyul

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya prezidenti Putin və Türkiyə prezidenti Ərdoğanın 13 iyulda keçirdiyi görüşün detallarını açıqlayıb.

Avropa.info xəbər verir ki, Peskov iki liderin bu gündən etibarən qarşılıqlı uçuşlara başlanılması çərçivəsində anlaşdığını deyib:

"Hər iki lider əlaqədar qurumlara danışıqlara başlamaq təlimatı verdi".

Qeyd edək ki, Rusiya hökuməti pandemiya üzündən uçuşların 27 martdan etibarən dayandırıldığını açıqlamışdı. 

Hadisə ilə bağlı danışan Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu "Bu gündən etibarən Rusiya ilə də uçuşların başladılması məsələsində razılıq əldə etdik" deyib.


Oxunma sayı: 6975

Oxşar yazılar