Cəbhədəki vəziyyətlə bağlı Rusiya Federasiya Şurası sədrindən reaksiya

  • 15:51 - 15 İyul

Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko Rusiyanın Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən çox narahat olduğunu və münaqişənin eskalasiyanın qarşısını almaq üçün hər şeyi edəcəyini açıqlayıb.

Avropa.info xəbər verir ki, Mavienko bu barədə TASS-a müsahibəsində deyib:

"Gərginliyin artması və hərbi əməliyyatların dayandırılması üçün hər şeyi edəcəyik və danışıqlar prosesində qarşılıqlı məqbul həll yollarını tapmağa davam edəcəyik. Vəziyyət həqiqətən çox narahatedicidir".

Matvienko, MDB Parlamentlərarası Assambleyasının sədri olaraq, Azərbaycan və Ermənistan parlamentləri rəhbərlərindən məktublar aldığını və hər iki ölkənin Rusiya üçün tərəfdaş və dost olduğunu qeyd edib.

Onun fikrincə indi əsas vəzifə "cavabdehləri axtarmaq deyil, istənilən hərbi əməliyyatları dərhal dayandırmaqdır". 

"Diplomatik kanallar vasitəsilə barışıq üçün bütün tədbirlər görülür. Rusiya, başqa məsələlərlə yanaşı, bu mövzuda Minsk qrupunun üzvü kimi öz missiyasını yerinə yetirir" - o, deyib. 

Federasiya Şurasının spikeri bu istiqamətdə səylərin parlament xətti ilə aparıldığını söylədi.


Oxunma sayı: 5963

Oxşar yazılar