Düşmən hərbçiləri təşviş içində: Erməni general Ordumuzun sarsıdıcı zərbələrindən sonra döyüş mövqeyindən qaçdı – Video

  • 15:17 - 15 İyul

Ermənistan ordusunun generalı Tovuz istiqamətində baş verən döyüşlərdən təşvişə düşərək, döyüş mövqeyindən qaçıb.

Avropa.info xəbər verir ki, bu barədə erməni sosial şəbəkə istifadəçiləri həmin görüntüləri əks etdirən görüntülər paylaşıblar.

Döyüş mövqeyini qoyub qaçan erməni generalı polislər saxlamaq istəsə də, o, müqavimət göstərib.

Hadisə yerinə əlavə qüvvələr cəlb edən polislər erməni generalı zorla maşına basıb, aparırlar.

Qeyd edək ki, ötən sutka ərzində Azərbaycan Ordusu düşmənin mövqelərinə sarsıdıcı zərbələr endirib. Bu zərbələr nəticəsində düşmənin atəş məntəqəsi, hərbi texnikası, düşmən mövqeləri və müdafiəsinin dərinliyindəki ehtiyatları məhv edilib. 


Oxunma sayı: 56618

Oxşar yazılar