ABŞ koronovirus əleyhinə peyvəndi uğurla sınaqdan keçirdi

  • 15:18 - 15 İyul

ABŞ koronovirus əleyhinə peyvəndi insanlar üzərində uğurla sınaqdan keçirib.

Avropa.info xəbər verir ki, təcrübənin nəticələrinə dair demək olar ki, peyvəndin tətbiq olunduğu bütün təcrübə iştirakçılarında immunitet formalaşıb və onlarda antikorlar meydana gəlib.

Ən güclü immunitet ən kiçik dozanın yeridiyi təcrübə qrupunun üzvlərində qeydə alınıb. Lakin peyvəndin yan təsirləri də qeydə alınıb. Təcrübə iştirakçılarının yarısı başağrısı, yorğunluq, titrəmə, əzələ ağrısı keçirib. Ağrılar peyvəndin ikinci hissəsinin qəbulundan sonra güclənib. Buna baxmayaraq kliniki təcrübələr dayandırılmayıb.


Oxunma sayı: 6634

Oxşar yazılar