Deputat: “Təxribatçılar niyyətinə çata bilməyəcək”

  • 14:12 - 15 İyul

“Dünən axşam saatlarnda Bakıda orduya dəstək şüarı altında on minlərlə insan küçələrə çıxaraq Tovuz rayonunda ermənilər tərəfindən şəhid edilən həbçilərimizin qisasını yerdə qalmayacağını və ordumuzun yanında olduqlarını nümayiş etdirdilər. Aksiya çox möhtəşəm keçdi. Azərbaycan xalqı yekdil formada dövlətçiliyə sadiq qaldıqlaırnı və şəhidlərimizin qısasını almağa hazır olduqlarını bir daha açıq formada dünyaya bəyan etdilər. Bu aksiya həmrəyliyimizin nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bir daha dünya birliyi gördü ki, Qarabağ məsələsində xalq birdir və Ali Baş Komandanın ətrafında birləşərək, işğal altında olan torpaqları azad etməyə hazırdırlar”.

Bunu Avropa.info-ya açıqlamasında millət vəkili Sabir Hacıyev deyib.

Onun sözlərinə görə, ancaq hər zaman olduğu kimi bu dəfə də təxribatçılar ölkəmizdə yaranan həmrəyliyi pozmaq və buna kölgə salmaq üçün öz məkrli oyunlarından istifadə etdilər. “Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonunda törətdiyi təxribatdan sonra insanlarda vətənpərvərlik və döyüş ruhunun artmasından, ölkədə kiçikdən böyüyə həmrəy olub döyüşə hazır olması, dövlətin yanında olması təbii ki, təxribatçı qüvvələri narahat etməyə bilməzdi. Məhz ona görə də Milli Məclis qarşısındakı meydanda orduya dəstək aksiyasına kölgə salmaq üçün növbəti bir təxribata əl atmaqla məkrli niyyətlərini həyata keçirməyə çalışdılar. Bu təxribatçı qüvvələrin göstərişi əsasında bir qrup insan dağılışmaqla bağlı çağırışlara əhəmiyyət verməyərək Milli Məclisin inzibati binasına soxularaq, təxribata əl atdılar”- deputat vurğulayıb.

O əlavə edib ki, bu hərəkətlər mənə 1990-cı illəri xatrılatdı: “ O zamanda Qarabağda döyüş gedəndə Bakıda hakimiyyət hərisləri yaranmış vəziyyətdən istifadə edib, öz niyyətlərinə çatmaq üçün belə aksiyalar və təxribatlara əl atırdılar. Düzdür, 90-cı illərin əvvəlində Azərbaycanda xaos hökm sürürdü. Azərbaycan 1991-ci ildə müstəqilliyni yenicə elan etdiiyndən zəif idi, dövlətçilik ənənləri, strukturları formamalaşmamışdı. İndikindən fərli olaraq hakimiyyətdə monolitlik yox idi. Bu gün Azərbaycan dövləti qat-qat güclüdür, dövlətçilik ənənələri formalaşıb. Ölkənin lideri var və hamı onun ətrafında sıx biləşib. Digər tərəfdən də ölkədə asayişin keçiyində dayanan Daxili İşlər Nazirliyi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir və dünən biz bunun bir daha şahidi olduq. Azərbaycan polisi dünən öz mədəniyyəti, davranışı, təmkini ilə bir daha nümayiş etdirdi. Polis aksiya iştirakçıları həmrəy olub, vəziyyəti nəzarətdə saxladılar. Polis hətta təxribatçılar əvvəlcə aksiya iştirakçıları ilə təmkinli davranıb, onları qanunazidd əməllərdən geri çəkilməyə, dövlətin inzibati binasını tərk etməyə çağırış etdi. Təxribatçı qüvvələrin Milli Məclisə hücumu zamanıda polis əvvəlcə onlara çağırış edəərk, qanunlara əməl etməyə dəvət edi. Polis təxribatçıların onlaırn çağırışlarına məhəl qoymayaraq qanunazidd əmələrini davam etdirdiyini və vəziyyətin daha pis istiqamətdə inkişaf edəcəyini görən zaman adekvat addım atmaq zorunda qaldı. Qanunun tələblərinə uyğun şəkildə əməl etməklə çıxardılar. 90-cı illərin əvvəlindən fərqli olaraq hüquq-mühafizə orqanlaırn dövlətçilyinin keşiyində ayıq-sayıq dayanaraq, istənilən təhlükəni aradan qaldırırlar. Ona görə də bəyan etmək istəyirəm ki, bu təxribatçıları, dövlətçiliyi zəiflədib, xaos yaratmaq istəyənlər bu niyyətlərinə nail ola bilməyəcəklər. Bu gün güclü Azərbaycan dövləti, güclü lideri, güclü hakimiyyəti var. O baxımdan da bu qüvvələr niyyətlərini həyata keçirə bilməyəcəklər”.


Oxunma sayı: 6612

Oxşar yazılar