15 iyul – Türkiyənin qəhrəmanlıq dastanı: Türk xalqının hərbi çevriliş cəhdi üzərində qələbəsindən 4 il keçir

  • 13:54 - 15 İyul

"Yaşananları 4 deyil, 400 il də keçsə, əsla unutmayacağıq. 15 İyul Türkiyə ümmət üçün bir miladdır. Millət olaraq toprağımıza, bayrağımıza, azanımıza sahib çıxaraq, bu vətəni ABŞ-ın zəncirli köpəklərinə təslim etmədik".

Türkiyənin qəhrəmanlıq dastanı yazdığı 15 İyul müqavimətinin üzərindən 4 il keçdi. 251 Türkiyə vətəndaşı şəhid oldu, 2 min 194 nəfərin isə qazi olduğu hərbi çevrilişə cəhdini o gecənin şahidləri dəyərləndiriblər.

Avropa.info xəbər verir ki, Çanaqqalada əlindəki köhnə tüfənglə modern silahlarla silahlanmış ordulara meydan oxuyan Türk milləti 15 İyulda da zəbt edilməz imanları ilə silahsız şəkildə tankın, topun, təyyarələrin və xaninlərin qarşısına çıxdı. Gələcək nəslə arxalarında öyünüləcək şanlı bir müqavimət dastanı buraxan Türk milləti tarixi gecədə tək bilək, tək yumruq olub, zalımların təpəsinə endi. İstiqlalı üçün köksünü sipər edən millət vətəni üçün 251 şəhid verdi, 2 min 194 nəfər yaralanaraq qazi oldu.

Türkiyə Silahlı Qüvvələrinə sızan Fətullahçı Terör Təşkilatı (FETÖ) üzvü vətən xainləri 15 iyul 2016-cı il gecəsində millətin iradəsini səir almağa çalışdı. Prezident Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə meydanlara çıxan Türk xalıq cəsarəti, canı bahasına ölkəsini işğal cəhdindən qorudu. Çevriliş cəhdi olduğunu eşidər-eşitməz evlərindən çıxan qadın, uşaq, yaşlı, bir sözlə, hər yaşda olan vətəndaş bədənlərini sipər edib, tankların irəliləməsinə izn vermədi. Ömer Halisdemir öləcəyini bilə-bilə qiyamçı Semih Terzini alnının ortasından vurarkən, heç düşünmədən küçəyə çıxana Erol Olçok və oğlu Abdullah isə “Körpünü almağımız lazımdır” sözleri ilə cəsarət verdi. 28 Fevral hadisələri ilə əlaqədar zindanlarda ömrünü çürüdən Halil Kantarc Çengelköyü müdafiə etməyə çalışarkən şəhid oldu. Tarlasını atəşə verib, qiyamçıları durdurmağa çalışan adsız qəhrəmanların da olduğu gecədə Ankara Gölbaşı Özəl Hərakat, Polis idarəsi, MİT, TBMM və Prezident Adminstrasiyası Külliyəsi kimi kritik nöqtələrdə tarixdə görülməmiş bir müqavimət yaşandı.

AK Partiya İstanbul millət vəkili Ahmet Hamdi Çamlı FETÖ-nün bu topraqların gördüyü ən xain təşkilat olduğunu bəyan edərək, 15 İyulun üzərindən neçə il çeçsə də, ogünkü yaddaşımız daim diri olmalıdır: "Həm Prezidentimi, həm hökumətimiz, həm də bələdiyyələrimiz 15 İyul ruhunu mühafizə etmək üçün böyük səy göstərirlər. Dörd deyil, 400 il keçsə də, hafizələrimizdən silinməyəcək bir müqavimətə şahid olduq. 15 İyul Türkiyə üçün önəmli bir qırılma nöqtəsidir. CHP-nin içəridən bəslədiyi, ABŞ-ın isə xaricdən böyütdüyü Fətullahçılar o gecə uğur qazansaydı, Beştəpədə bir amerikan köpəyi oturacaqdı”. 

Siyasi şərhi və tədqiqatçı Ercan Çifci deyib ki, 15 İyul müqaviməti bir miladdır: “Ölü torpaqla səpilən Anadolunun dirilməsinin miladıdır. İyulun 15-də xaçlı ordularına qarşı bir cinayətlə ölkəni qan gölünə çevirmək xəyalında olanlar, bir anda Anadolu xalqını polad iradə ilə gördülər”.

FETÖ-cü alçaqların milətin üstünə bomba yağdırdığını qeyd edən edən Çifci FETÖ-cü yarasalar mağaralardan çıxmış, Anadolu insanının üstüne güllə və bomba yağdırmaya başlamışdı: “15 İyul təkcə ölkəmizdə deyil, Tbütün ölkələrdə qırılma nöqtəsini meydan gətirdi. Bu gün ABŞ-ın Yaxın Şərqdə verdiyi itkilərin səbəbi 15 İyul müqavimətidir. Fransa və Almaniya kimi ölkələrin Türkiyə üzərindən yeritdiyi müstəmləkə planları 15 İyul ilə puça çıxdı. Bizə əmanət edilən vətənimizə, bayrağımıza, azanımıza sona qədər sahib çıxacağıq”.


Oxunma sayı: 6810

Oxşar yazılar