Türkiyə və Rusiya arasında aviareyslər bərpa olunur

  • 13:51 - 15 İyul

Türkiyə Nəqliyyat Nazirliyi koronovirus pandemiyası fonunda tətbiq edilən məhdudiyyətlər üzündən Rusiya ilə kəsilən uçuşları bərpa etmək barədə razılığa gəldiklərini açıqlayıb.

Avropa.info xəbər verir ki, bu barədə nazirliyin "Twitter" hesabında məlumat verilib.

Məumata görə, tərəflər 15 iyul çərşənbə günü sərnişin hava nəqliyyatını bərpa edəcəklər.

Dünən Türkiyənin ən böyük hava yolları şirkəti Türk Hava Yolları avqustun 1-dən etibarən Rusiya ilə əlaqə açmaq niyyətində olduğunu bildirmişdi. Şirkət Rusiyanın altı şəhərinə: Moskva, Sankt-Peterburq, Kazan, Rostov-Donu, eləcə də Krasnodar və Soçiyə uçuşlar həyata keçirməyi planlaşdırır.

Rusiya Baş nazirinin müavini Tatyana Qolikova, pandemiya fonunda tətbiq olunan tədbirlərin qaldırılması və Rusiyada beynəlxalq hava nəqliyyatının bərpa edilməsi prosesinin iyulun 15-dən başlayacağını açıqlamışdı. Bu gündən etibarən aviasiya orqanları digər ölkələrlə nəqliyyatın hərəkətinin bərpası ilə bağlı danışıqlar aparacaqlar.


Oxunma sayı: 20725

Oxşar yazılar