Erməniləri dəli edəcək həmlə: Türkiyənin ən müasir PUA-sı Azərbaycanda sınaqdan keçirildi – Türk mediası

  • 12:41 - 15 İyul

Suriyada xeyli sayda PUA-nı eyni ərazidə koordinasiya edərək istifadə edən və bu metodla dünyada bir ilki bacaran Türkiyə alt sistem layihələrində də daha əvvəl atılmamış addımlar atır. 

Avropa.info xəbər verir ki, bu çərçivədə "Şimşək" adlandırılan hədəf təyyarə sistemi dünyada ilk dəfə aktiv olaraq kəşfiyyat, casusluq və müşahidə üçün istifadə edilən MALE tipli daha bir PUA havaya buraxılıb. 

"Şimşək" sistemi hansı sahələrdə istifadə olunur, atışın ANKA-B-dən buraxılması nə mənanı verir və atışın sənağının Azərbaycanda həyata keçirilməsi niyə əhəmiyyət daşıyır? 

Müdafiə sənayesi üzrə ekspertlər Fateh Mehmet Küçük və Kadir Doğan Türkiyə mətbuatına açıqlamalarında bu suallara cavab verib və "Şimşək" sisteminə dair məlumatları paylaşıb. "Şimşək"in TUSAŞ tərəfindən hazırlanan hədəf təyyarə sistemi olduğunu qeyd edən Fateh Mehmet Küçük bəhs edilən aparatın müxtəlif hava obyektlərini simulyasiya etməklə radarların, HHM sistemlərinin və hava tipli raketlərin sınaqda keçirilməsi üçün istifadə olunduğunu deyib. 

Kadir Doğan "Şimşək"in uzun müddətdir Türkiyədə müxtəlif təhsil, təlim sahəsi və sınaqlarda istifadə olunduğunu qeyd edib: ""Şimşək" turboreaktiv motor ilə hərəkət edən, aqressiv manevr qabiliyyətlərinə malik, səs sürətindən aşağı sürətlə uçan, avtonom uçuş xüsusiyyəti olan hədəf təyyarə platformasıdır. Yüksək sürətlərdə hərəkət edərkən sahib olduğu aqressiv manevr qabiliyyəti, yenə aqressiv avtonom uçuş idarəetməsi ilə birləşdiyi üçün xüsusilə hava-hava və hava-quru silah sistemlərinin inkişaf etdirilməsi üçün ciddi sınaq imkanı təşkil edir". 

"Şimşək"in Azərbaycan Hava Qüvvələri tərəfindən atəş sınaqlarında istifadə edilmək üçün seçildiyini qeyd edən Fateh Mehmet Küçük bu sözləri deyib:

 "TUSAŞ ilə Azərbaycan Hava Qüvvələri arasında aparılan danışıqlardan sonra 2019-cu ilin sonlarında Azərbaycana gətirilən Şimşək Yüksək Sürətli Hədəf Təyyarə Sistemi üç gün ərzində 6 uçuş həyata keçirdi. Təbii, burada üzərində dayanılması olan məsələ "Şimşək"in ANKA-B-dən buraxılmış olmasıdır. Normalda xarici marka təyyarə mancanağı ilə uçurdulan və altında hədəf təyyarə daşıyan sistem üzərində işləyir. Ancaq ANKA-B kimi aktiv kəşfiyyat, casusluq və müşahidə üçün istifadə olunan MALE tipli PUA-dan hədəf təyyarənin uçurulması daha əvvəl rastlanmış hadisə deyil. Bu prizmadan baxdıqda müxtəlif əməliyyatlarda nümayiş etdirdiyimiz məhsul və texnologiyalarımızla yeni konsepsiyalara, yeni metodlara pionerlik edirik". 

Fateh Mehmet Küçük "Şimşək"in ANKA-B-yə inteqrasiya olunmasının texnoloji töhfəsi ilə yanaşı çox vacib uğurlarının ola biləcəyini də qeyd edib: 

"Məsələn düşmən radar və HHM sistemlərinin aldadılması kimi məsələlərdə bu sistemlərdən istifadə oluna bilər. Müasir radar və sensorları aldatmaq üçün "Şimşək"in mövcud halı istifadəyə yararlı olmaz. Bu nöqtədə sistemin modifikasiyası müxtəlif elektronika yenilikləri tələb edəcək. ASELSAN-nın Atılabilən Saxta Hədəf layihələrindəki təcrübələrindən faydalanmaq olar. Bundan əlavə, "Şimşək"in sadə və kiçik raket kimi istifadə ssenarisi də nəzərə alına bilər. Təbii, bu fərziyyələr "Şimşək"lə bağlı faydalı yük standartları məlum olmadığı üçün şərh kimi qəbul edilməlidir. Ancaq vacib cəhət bu cür həmlələrin gətirəcəyi taktik və texniki üstünlüklərin bizə təqdim edəcəyi inkişaf potensiallarıdır". 

Müdafiə sənayesi eksperti Kadir Doğan bu nöqtədə işin texnik prizmadan nə mənaya gəldiyini izah edərək, diqqəti gələcək dövrə çəkir: "Bu platfortmanın ANKA-da istifadə oluna bilməsi əslində ANKA-nın sahib olduğu qabiliyyət baxımından çox daha vacib əhəmiyyət daşıyır. PUA-larda atdığınız raketləri qanada bağlayan bir metal detal var. Bu detala buraxıcı deyilir. Normalda hava-hava tipli raketlər və ya kruiz raketləri buraxılmadan əvvəl hava aparatı ilə xəbərləşmə bu buraxıcı vasitəsilə təşkil olunur. Hava aparatının faydalı yükə, faydalı yükdən də cihaza məlumat ötürülməsindən bəhs edirik. ANKA-da "Şimşək" kimi hədəf təyyarənin istifadəsi, xüsusilə buraxıcı strukturunda və dolayısı ilə sursat inteqrasiyası məsələsində TUSAŞ üçün ciddi təcrübə qazanmaq imkanı kimi qiymətləndirilə bilər".

Avropa.info


Oxunma sayı: 62283

Oxşar yazılar