Müdafiə Nazirliyindən son dəqiqə açıqlaması : "Cəbhədəki vəziyyətlə bağlı təxribat xarakterli məlumatları yaymamağa çağırırıq”

  • 03:13 - 15 İyul

“Cəbhədəki vəziyyətlə bağlı sosial şəbəkələrdə və mobil əlavələr vasitəsilə həqiqətə uyğun olmayan, əsassız məlumatlar yayırlar”.

Avropa.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda Tovuz rayonu istiqamətində nisbi sakitlikdir: “Bir daha bütün media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini heç bir əsası olmayan təxribat xarakterli məlumatları yaymamağa, yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq”.


Oxunma sayı: 14675

Oxşar yazılar