"Ermənistan Azərbaycan torpaqlarına hücumlarının bədəlini ödəyəcək" - ŞKTC baş nazirindən Azərbaycana dəstək açıqlaması

  • 02:03 - 15 İyul

"Ermənistanın Azərbaycan torpaqlarına hücumları cavabsız qalmayacaq. Ermənistan bu hücumlarının bədəlini ödəyəcək."

Avropa.info xəbər verir ki, belə yazılı açıqlama ilə Şimali Kipr Türk Cümhuriyyətinin baş naziri Ersin Tatar çıxış edib. Ersin Tatar, Ermənistanın Azərbaycan torpaqlarına hücumunu kəskin şəkildə pisləyib. 
 

 "Ermənistan Qafqazda barış və sabitliyi əngəlləməyə davam edir. Qarabağı işğal edən Ermənistanın son günlərdə Azərbaycana hücumlar etməsi bunun bir təsdiqidir. Ancaq Azərbaycan dövləti erməni hücumlarını məlubiyyətə uğradacaq gücdədir və hazırda da bunun şahidi oluruq. Ermənistan hücumları nəticəsində şəhid olan və yaralı qardaşlarımız vardır. Şəxsim və hökumətimiz adından şəhidlərimizə  Allahdan rəhmət, yaralılarımıza şəfa, Azərbaycanlı qardaşlarımıza və Azərbaycan hökumətinə başsağlığı verirəm. Kiprin türk xalqı hər zaman Azərbaycanın yanında olmuşdur, olmağa davam edəcək" - Ersin Tatar belə deyib.  

Avropa.info


Oxunma sayı: 6711

Oxşar yazılar