Daşqın Gülməmmədov: Azərbaycan işğal olunmuş ərazilərində antiterror əməliyyatları başlamalıdır

  • 00:44 - 15 İyul

"Son günlər Ermənistanın Azərbaycan Respublikasının ərazisinə qarşı yönəlmiş hərbi aqresiyası, Azərbaycan Respublikası ərazsinin iriçaplı silahlardan atəşə tutulması, azərbaycanlı mülki əhalinin qətl edilməsi bütün hallarda beynəlxalq hüquqa və dövlətlərin ərazi bütövlüyü prinsipinə qarşıdır. Bu hal əsas verir ki. Azərbaycan Ordusu Ermənistana qarşı hərbi tədbirlər görsün və və Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan digər ərazilərində antiterrror əməliyyatları başlasın.  Ukrayna Qarapapaq Türkləri Milli Şurası (UQTMŞ), Ukraynanın ən böyük ictimai birliklərindən biri olaraq Azərbaycan Ordusuna istənilən dəstəyi verməyə hazırdır."

Bu baradə açıqlamanı Avropa.info-ya Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədov verib. 

UQTMŞ Sədri bildirib ki, Azərbaycan işğal edilmiş ərazilərində antiterror əməliyyatları başalamalı və işğal edilmiş ərazilərində milli suverenliyini bərpa etməlidir. 

"Biz bu sahədə Azərbaycan Respublikasını dəstəkləyirik və bununla bağlı beynəlxalq təşkilatlar qarşısında Ukraynanın hüquqi subyekti olaraq rəsmi məsələ qaldırmağı planlaşdırırq. Artıq Azərbaycanın öz suverenliyi BMT, AŞ, ATƏT və digər beynəlxalq qurumlar tərəfindən tanınmış, öz işğal edilmiş ərazilərində antiterror əmaliyyatları başlamağa münbit beynəlxalq şərait yarnıb. Azərbaycana bəzi dost dövlətlərin son iki gündə rəsmi mövqe bildirmələri onu göstərdi ki, Azərbaycan antiterror əməliyytaları başlasa həm hərbi həm də benəlxalq arenada diplomatik dəstək alacaq. Digər tərəfdən Azərbaycanı sevən milyonlarla insan könüllü olaraq Azərbaycan ərazi bütövlüyünün bərpa edilməsində əsgər olaraq iştirak etməyə hazırdır. Ukrayna Qarapapaq Türkləri Milli Şurası Azərbaycan Respublikasının BMT tərəfindən tanınmış ərazi bütövlüyünün hərbi yolla bəpa edilməsini dəstəkləyir və bu addımın yeganə mümkün variant hesab edir. Son günlər baş verən proseslər göstərdi ki, işğalçı Ermənistan heç bir halda sülh yolu ilə Azərbaycanın işğal edilmiş ərazilərini tərk etməyəcək."


Oxunma sayı: 5116

Oxşar yazılar