Bakı meydanlarında izdiham : Xalq orduya dəstək məqsədilə küçələrə çıxıb - VİDEO

  • 23:13 - 14 İyul

Hazırda Bakıda "Neftçilər" prospekti boyunca yüzlərlə insan hərbçilərimizə dəstək şüarları ilə Azadlıq meydanından Şəhidlər Xiyabanı istiqamətinə hərəkət edirlər.

İnsanlar "Şəhidlər ölməz, vətən bölünməz", "Vur, qır səngəri, Azərbaycan əsgəri" şüarlarını səsləndirirlər. Ərazidə polislər olsa da, xalqın qarşısını kəsən yoxdur. İnsanlar hər an Ali baş komandanın əmrini gözlədiklərini, müharibəyə hazır olduqlarını bildirirlər.


Oxunma sayı: 10198

Oxşar yazılar