Ermənistan Silahlı Qüvvələri Tovuzun yaşayış məntəqələrini və Azərbaycan Ordusunun bölmələrinin mövqelərini atəşə tutmağa başlayıb

  • 20:14 - 14 İyul

Ermənistan Silahlı Qüvvələri Tovuz rayonunun yaşayış məntəqələrini və Azərbaycan Ordusunun bölmələrinin mövqelərini atəşə tutmaqda davam edir.

 Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib ki, bu gün saat 19.30-dan etibarən Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tovuz rayonunun yaşayış məntəqələrini və bölmələrimizin mövqelərini iriçaplı silahlardan və artilleriya qurğularından istifadə etməklə yenidən intensiv atəşə tutmağa başlayıb.(apa)


Oxunma sayı: 13388

Oxşar yazılar