"Təcavüzkar Ermənistana qarşı Azərbaycan ordusuna dəstək olmağa davam edəcəyik" - Türkiyə Müdafiə naziri

  • 17:37 - 14 İyul

"Ermənistanın Azərbaycanın Tovuz bölgəsinə etdiyi hücumu şiddətlə qınayırıq." 

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə Müdafiə naziri Hulusi Akar deyib. Hakar Türkiyə ordusunun Azərbaycan ordusunu və xalqını dəstəklədiyini bildirib.  

"Hücumun qarşısını alarkən şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, qardaş Azərbaycan xalqına başsağlığı veririk. Dağlıq Qarabağı hüquqsuz şəkildə işğal edən və illərdir təcavüzkar bir mövqe sərgiləyən Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında durmağa, "tək millət, iki dövlət" olaraq qəbul etdiyimiz  azərbaycanlı qardaşlarımıza var gücümüzlə dəstək olmağa davam edəcəyik" - Hulusi Akar belə deyib.

Avropa.info


Oxunma sayı: 6722

Oxşar yazılar