Ukrayna səfiri Ermənistan XİN-ə çağırıldı - Azərbaycana verilən dəstəyə görə

  • 17:05 - 14 İyul

Ukraynanın Ermənistandakı səfiri İvan Kuleba Ukrayna Xarici İşlər Nazirliyinin ərəfəsində verdiyi bəyanatla bağlı Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. 

Avropa.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

"Ermənistan Xarici İşlər Nazirinin müavini Şavarsh Koçaryan Ukraynanın Xarici İşlər Nazirliyinin Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə əlaqədar verdiyi açıqlaması ilə əlaqədar səfirə Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin mövqeyini təqdim etdi" - məlumatda deyilir. 

Qeyd edək ki, Ukrayna XİN-nin yaydığı bəyanatda Ukrayna tərəfinin münaqişənin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında vəziyyətin siyasi yolla həll olunmasına tərəfdar olduğu bildirilirdi.


Oxunma sayı: 9934

Oxşar yazılar