Kondisionerli otaqlarda mütləq maska taxılmalıdır - İsveçrəli alimdən xəbərdarlıq

  • 15:57 - 14 İyul

Kondisioner sistemləri havanı otağın ətrafında döndürərək virus yayır, mövcud havanın yerini dəyişdirmək əvəzinə geri qaytarır.

Avropa.info xəbər verir ki, bu sözləri İsveçrənin yoluxucu xəstəliklər və epidemiya üzrə mütəxəssisi Kristian Qarzoni deyib. Qarzoniyə görə, kondisionerli otaqlardakı 1,5 metrlik məsafə belə virusdan qoruya bilməz. Kondisioner ondan 3 metr məsafədə oturan adama belə virus hissəciklərini çatdıra bilir.

Virusa yoluxmuş insan danışanda, öskürəndə və ya asqıranda virusun mikro damlaları 8 metrə qədər yayıla bilir.

İsveçrəli alimlər yoluxmuş insanın danışıq zamanı hava vasitəsilə minlərlə damlacığı yaya bildiyini və bu hissəciklərin 8 dəqiqə havada asılı qala biləcəyini deyib.

Qarzoni pis havalandırılan məkanlarda mütləq maska taxılmasını tövsiyyə edib.


Oxunma sayı: 5303

Oxşar yazılar