Azərbaycan-Ermənistan sərhədindəki son hadisələrə Kremldən reaksiya

  • 14:42 - 14 İyul

Kreml Azərbaycan-Ermənistanla arasındakı sərhəddə baş verən atışmalardan dərin narahatdır və tərəfləri təmkinli olmağa və atəşkəsə çağırır.

Avropa.info xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Ermənistan-Azərbaycan sərhədində baş verən atışmalardan çox narahatıq. Biz hər iki tərəfi təmkinli olmağa və atəşkəslə bağlı öhdəliklərinə əməl etməyə çağırırıq "- Peskov bu sözləri Kremlin bu ölkələrin sərhədindəki vəziyyəti necə qiymətləndirməsinə dair suala cavabında deyib.

“Biz bunu artıq müxtəlif səviyyələrdə elan etmişik və Minsk Qrupunun həmsədri olaraq bu məsələnin həll olunması üçün vasitəçilik səylərimizi göstərməyə hazırıq. Bilirsiniz ki, xarici işlər naziri Sergey LavrovunBakı və Yerevandakı həmkarları arasında intensiv telefon əlaqələri mövcuddur. Buna görə bir daha hər iki tərəfi təmkinli olmağa çağırırıq " - Peskov deyib. 


Oxunma sayı: 4610

Oxşar yazılar