İdlibdə türk-rus patrul xidmətinə bombalı hücum - Yaralılar var

  • 12:41 - 14 İyul

Suriyanın İdlib vilayətində M4 trasında hərəkət edən türk-rus patrul kolonnasına qarşı bombalı hücum olub.

Avropa.info xəbər verir ki, hadisə İdlibin Ariha rayonunda türk-rus avtomobil kolonnasının patrul reydi zamanı baş verib. Bomba yüklü avtomobil rus hərbi avtomobilinin yanında partladılıb. Yerli mənbələr yol kənarında saxlanılan maşının gecə saatlarından bəri orada dayandığını qeyd edir. 

Hücum zamanı üç rus hərbçisi yaralanıb. Rusiya hərbi avtomobili yararsız hala düşüb.


Oxunma sayı: 4445

Oxşar yazılar