Koronovirusun "düşmən"i olan tərəvəzin adı açıqlandı

  • 12:22 - 14 İyul

Fransadakı Montpellier Universitetinin tədqiqatçıları koronovirusu "öldürən" məhsulu müəyyənləşdiriblər.

Avropa.info xəbər verir ki, bu barədə "The Sun"qəzeti yazır.

Tədqiqat müəlliflərinin fikrincə, bu məhsul kələmdir. Alimlər müxtəlif növ kələm növlərinin koronovirusdan ölüm nisbətinin aşağı olduğu ölkələrdə populyar olduğunu aşkar ediblər. Məsələn, Almaniya və Cənubi Koreyada COVID-19-dan ölüm nisbətən daha az olub.

Kələmdə koronovirusun ağır gedişatına müdaxilə edən maddələrin olduğu qeyd olunur. Turşu kələmdə bədənin patogenlərə qarşı müdafiəsini gücləndirən antioksidanlar var.

Daha əvvəl ispaniyalı qida mütəxəssisi Alexandro Kanovas və İspaniyanın Pulmonologiya və Torakal Cərrahiyyə Cəmiyyətinin (SEPAR) rəhbəri Eysebi Çiner, ağciyərləri koronovirusdan qorumağa kömək edən məhsulları saymışdılar. Kanovasa görə yumurta, düyü, mavi balıq və qoz tənəffüs sistemini gücləndirməyə kömək edə bilər. Çiner izisə deyir ki, ağciyərlərin vəziyyəti pisləşdikdə bədənin zülala ehtiyacı artır. Xüsusilə, yumurtalarda A vitamini kimi yağda həll olunan vitaminlər, eləcə də yüksək keyfiyyətli zülallar var. 


Oxunma sayı: 8647

Oxşar yazılar