Donbasda da münaqişə yenidən alovlandı - Ukrayna ordusunun itkiləri var

  • 11:35 - 14 İyul

Donbasda Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qoşunları Əməliyyat Komandanlığı, təmas xəttindəki vəziyyətin kəskinləşməsindən sonra üç ukraynalı əsgərin öldüyünü bildirib. 

Avropa.info xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti özünün "Facebook" səhifəsində məlumat verib. Üç ölü ilə yanaşı, iki əsgər yaralanıb.

Ukrayna Silahlı Qüvvələrindən verilən məlumata görə, Zaitsevo kəndi yaxınlığında ölən əsgərin cəsədinin evakuasiyası zamanı Ukrayna evakuasiya qrupu pusquya salınıb. Atışma nəticəsində bir hərbi həkim ölüb, bir əsgər yaralanıb, digəri travma alıb.

Ukrayna ordusundan separatçılar tərəfindən atəşə tutulduğuna görə evakuasiyanın mümkün olmadığını vurğuladılar. Hazırda hərbçilərin cəsədləri atışma yerindədir.

Ukrayna kəşfiyyatının məlumatına görə, bir separatçı ölüb, ikisi yaralanıb.


Oxunma sayı: 4071

Oxşar yazılar