Azərbaycan-Ermənistan sərhədindəki atışma ilə bağlı BMT-dən mövqe

  • 11:04 - 14 İyul

BMT baş katibinin mətbuat katibi Stefan Dujarrik baş katibin narahatlığını bildirərək, Ermənistan-Azərbaycan sərhədində baş verən qarşıdurmaları şərh edib. 

Avropa.info xəbər verir ki, BMT Baş Katibinin rəsmi nümayəndəsi bu sözləri deyib:

“Baş katib Ermənistan-Azərbaycan sərhədində ağır silahlardan istifadə olunaraq baş verən, o cümlədən insan itkisinə səbəb olan atışmada barədə narahatlığını bildirdi. Baş katib bütün tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa, gərginliyi azaltmaq üçün addımlar atmağa və təxribatçı ritorikadan çəkinməyə çağırır.

Baş katib ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatını nəzərə alaraq bu təhlükəli vəziyyətin həlli və Dağlıq Qarabağ münaqişəsinin dinc, danışıqlar yolu ilə həlli üçün həll yollarının tapılması səylərinə tam dəstəyini bir daha bildirir". 


Oxunma sayı: 3455

Oxşar yazılar