ABŞ sərhəddəki vəziyyətlə bağlı bəyanat yaydı

  • 10:39 - 14 İyul

ABŞ Ermənistanla Azərbaycan arasındakı sərhəddəki qarşıdurmaları pisləyir və tərəfləri güc tətbiq edilməsini dərhal dayandırmağa çağırır. 

Avropa.info xəbər verirki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Morqan Ortequsun bəyanatında deyilir.

"ABŞ Ermənistan və Azərbaycanın dövlətlərarası sərhədindəki zorakılığı qəti şəkildə pisləyir. Tərəfləri güc tətbiq edilməsini dərhal dayandırmağa, aralarındakı mövcud birbaşa rabitə kanallarından istifadə etməyə çağırırıq və atəşkəsə ciddi əməl etmə mövqeyində dayanırıq" - o, deyib.

"ATƏT-in Minsk Qrupunun həmsədri olaraq ABŞ tərəflərə Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla həllinə kömək etməkdə qətiyyətli olaraq qalır. Bu məqsədə çatmaq üçün göstərilən təşəbbüslərdə fəal iştirak edəcəyik. ABŞ Minsk qrupu həmsədrlərinin müraciətlərinə qoşulur, tərəflər ən qısa müddətdə əsaslı danışıqları davam etdirəcək və vəziyyət imkan verdikcə ATƏT müşahidəçilərinin bölgəyə qaytarılmasının vacibliyini qeyd edirlər" Dövlət Departamentinin bəyanatında deyilir. 


Oxunma sayı: 3653

Oxşar yazılar