"Qarabağı ermənilərdən almanın zamanı gəlmişdir" – Türkiyədən Azərbaycana daha bir dəstək açıqlaması (Video)

  • 01:53 - 14 İyul

"Qarabağı ermənilərdən almanın zamanı gəlmişdir."

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyənin "Yeni Akit" qəzetinin saytına müsahibəsində hakim AK Partiyanın Ordu millət vəkili Mətin Gündoğdu deyib. AK Partiyalı millət vəkili Ermənistanın Azərbaycan torpaqlarına hücumlarının qəbul edilməz olduğunu bildirib.

"Təssüf ki, dünya erməni zülmünə qarşı kar, kor və dilsizdir. Ermənilər son hücumlarında 3 azərbaycanlı əsgərimizi şəhid etdilər. Ermənilər bəzi dövlətlərin yardımı ilə bölgədə sabitliyi pozmaq istəyir. Azərbaycanın bir an öncə, öz torpaqları olan Qarabağa girməsi lazımdır. Çünki 3 əsgərimizi şəhid edən Ermənistan bu işin böyüməsini istəyir. İllərdir işğal altında olan Azərbaycan torpaqlarını artıq geri almanın zamanı gəlmişdir. 

Türkiyə Cumhuriyyəti hər zaman Azərbaycanın arxasındadır. Ermənistan bu bölgədə ağıllanmayan və xam xəyallardan qurtula bilməyən bir ölkədir. Ermənilər və dəstəkçiləri 1915-ci il olayları üzərindən hər zaman Türkiyəyə hücum edirlər. Öz tarixlərinə baxmadan türklərin onlara zülm etdiyini iddia edirlər. Dünyanın bütün arxivlərində isə ermənilərin türklərə qarşı etdikləri xıəyanətlər ortadadır. Ermənistan bu bölgənin qarışması üçün cəhdlər edir"- Mətin Gündoğdu belə deyib.  

Avropa.info


Oxunma sayı: 35729

Oxşar yazılar