Milli komandanın baş məşqçisi vəzifəsinə 142 namizəd

  • 23:42 - 13 İyul

Qadınlardan ibarət İngiltərə millisinin baş məşqçisi postuna namizədlərin sayı açıqlanıb.

Bu barədə futbol assosiasiyasının rəhbəri Syu Kempbell yerli mətbuata açıqlamasında deyib.

O bildirib ki, yığmanın sükanı arxasına keçmək üçün quruma 142 nəfər müraciət edib. Kempbellin sözlərinə görə, onların yarıdan çoxu tələb olunan meyarlara cavab verir.

Qeyd edək ki, hazırda İngiltərə millisinin baş məşqçisi "Mançester Yunayted"in əfsanəvi futbolçusu Fil Nevilldir. O, 2021-ci ildə təşkil olunacaq Avropa çempionatından sonra vəzifəsindən ayrılacaq.


Oxunma sayı: 13102

Oxşar yazılar