Qazaxıstan COVID-19 ilə bağlı məhdudiyyətləri iyulun sonuna qədər uzatdı

  • 19:15 - 13 İyul

Qazaxıstanda koronavirusa yoluxma hallarının artması səbəbindən tətbiq edilən karantin rejimi ilə bağlı məhdudiyyətlər daha iki həftə - iyulun sonunadək artırılacaq. 

“Report” xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev məlumat verib. 

Daha əvvəl Qazaxıstan hökumətinin mətbuat xidməti ölkədə epidemioloji vəziyyətin ağırlaşması və koronavirusa yoluxma hallarının artması nəzərə alınmaqla, iyulun 5-dən etibarən respublikada müddəti uzadılma ehtimalı ilə ikihəftəlik karantin rejimi tətbiq edildiyini bildirmişdi. 

“Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar karantin rejimi daha iki həftə - iyulun sonuna qədər uzadılacaq. Sabah hökumət komissiyası qərar verəcək. Karantin vətəndaşların sərt özünümüdafiə tədbirlərinə riayət etməsi halında onların sağlamlığını qorumaq üçün lazımdır”, - Tokayev deyib. 

Qeyd edək ki, respublikada koronavirusa yoluxanların ümumi sayı 59,8 min nəfərdən çoxdur. Sağalan xəstələrin sayı isə 34 mindən çoxdur. Ölkədə koronavirusdan 375 ölüm hadisəsi qeydə alınıb. 
 


Oxunma sayı: 5237

Oxşar yazılar