GUAM Katibliyi Ermənistanın təxribatını qınadı

  • 18:43 - 13 İyul

GUAM Katibliyi Ermənistan silahlı qüvvələrinin iyulun 12-də Azərbaycanın Tovuz rayonu istiqamətində hücumunu qınayıb. 

APA-nın xəbərinə görə, bu barədə təşkilatın “Twitter” hesabında paylaşım edilib. 

Bildirilib ki, münaqişələr təşkilata üzv ölkələrin inkişafına mane olur. 

“GUAM Katibliyi Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca Tovuz rayonu istiqamətindəki hücumunu qınayır. Biz bir daha vurğulayırıq ki, GUAM bölgəsində münaqişələr rifah, stabillik və firavanlığa mane olur”, - deyə qeyd olunub.


Oxunma sayı: 6095

Oxşar yazılar