"Bandotdel" insanları hədələyib pulunu alan şəxsi tutdu - Foto

  • 18:00 - 13 İyul

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşları hədələyərək guya onlar barəsində rüsvayedici məlumatlar yayacağı ilə zərəçəkənləri qorxudub pul tələb edən şəxs saxlanılıb.

DİN mətbuat xidmətindən Avropa.info-ya verilən xəbərə görə, zərərçəkənlərdən Baş İdarəyə daxil olan çoxsaylı müraciətlər əsasında keçirilən əməliyyat nəticəsində hədə-qorxu və ilə tələb etməkdə və dələduzluq əməlində şübhəli Sabirabad rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Eyvaz Əmənov yaşadığı Şirvan şəhərində tutulub. Araşdırma zamanı onun ümumilikdə 5 vətəndaşı hədələyərək onlardan ümumilikdə 2000 manatdan artıq pul aldığı məlum olub. Saxlanılan şəxs ifadəsində törətdiyi qanunsuz hərəkətləri etiraf edib.

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN-in “102” Zəng Mərkəzinə və ya Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.

Qeyd edilən faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Eyvaz Əmənov barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxsin ətrafında istintaq və əməliyyat tədbirləri davam etdirilir.


Oxunma sayı: 10781

Oxşar yazılar