Erməni general: "KTMT isə susacaq, çünki Azərbaycan onların dostudur"

  • 17:54 - 13 İyul

Onlar bu qədər silaha, silahlanmalara sahibdirlər, onlarda hər şey gücləndirilib. Onlar bunu həmişə edirlər, birbaşa şəkildə, əvvəl avtomatdan, sonra pulemyotdan atəş açırdılar, indi artıq minaatandan atəş açırlar.

Avropa.info ordu.az-a istinadən xəbər verir ki, bunu keçmiş erməni döyüşçü, general-mayor Arkadi Ter-Tadevosyan deyib.

O qeyd edib ki, azərbaycanlılar hərbi əməliyyatlara başlamalı olduqlarını həmişə deyirlər.

"Yəni, Azərbaycan getdikcə təzyiqi gücləndirir. KTMT isə susacaq. Çünki Azərbaycan onların dostudur", - Ter-Tadevosyan bildirib.


Oxunma sayı: 5501

Oxşar yazılar