Lavrov: "Dərhal atəşkəs əldə edin" - Rusiya XİN-dən Azərbaycan və Ermənistana çağırış

  • 17:42 - 13 İyul

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti Ermənistan və Azərbaycan xarici işlər nazirləri Zohrab Mnatsakanyan və Elmar Məmmədyarov ilə telefonda müzakirə edib və münaqişə tərəflərini dərhal atəşkəsə çağırıb.

Avropa.info xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

"Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi müzakirə edilib. Sergey Lavrov tərəfləri dərhal atəşkəs əldə etməyə, götürdüyü öhdəliklərə uyğun olaraq təmkinli olmağa çağırdı, habelə ATƏT-in Minsk Qrupunun həmsədrləri olan Rusiya, ABŞ və Fransa nümayəndələrinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi təkliflərini səsləndirib". - Rusiya Xarici İşlər Nazirliyinin iki telefon danışığından sonra verdiyi açıqlamada deyilir.

Lavrov Rusiyanın vasitəçilik missiyasını "həm milli səviyyədə, həm də ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində" həm Bakı, həm də İrəvanla təmaslarda davam etdirəcəyini vurğulayıb.


Oxunma sayı: 6150

Oxşar yazılar