Ermənistanın hərbi və informasiya təxribatı ilə bağlı İctimai Liderlər Platforması bəyanat yaydı

  • 17:28 - 13 İyul

Ermənistanın hərbi və informasiya təxribatı ilə bağlı İctimai Liderlər Platforması bəyanat yayıb.

Avropa.info-ya daxil olan bəyanatda deyilir:

"Məlum olduğu kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücum etməyə cəhd göstərib. Düşmənin xain hücumu zamanı dörd əsgər və zabitimiz qəhrəmancasına şəhid olub.  Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, yayılmış videolardan da göründüyü kimi,  düşmənin texnikası və çoxlu sayda canlı qüvvəsi məhv edilib. Şəhidlərimizin qisası düşməndən artıqlaması ilə alınıb.

Ermənistanın bu hücum cəhdi və silahlı təxribatı Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılandı. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndi. Bu, bir tərəfdən Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirsə də, digər tərəfdən onun ifadə  forması bir sıra narahatçılıq doğurdu. Biz hamımız yaxşı anlayırıq ki, indi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar. Bu gün Azərbaycan güclü orduya malikdir və ordumuz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir. 

Bu gün bizi ciddi narahat edən digər bir məsələ Ermənistanın informasiya məkanında törətdiyi təxribatla bağlıdır. Düşmən tərəfindən azərbaycanlı  adı və soyadı ilə yaradılmış yüzlərlə  sosial şəbəkə hesablarından dövlətimizə qarşı informasiya müharibəsi aparan, ölkəni xaosa sürükləyən, xalqımızın və ordumuzun döyüşkən ruhuna mənfi təsir etməyə çalışan çağırışların şahidi oluruq. Düşmənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycana qarşı təşkil olunmuş informasiya müharibəsinə onların daxildəki və xaricdəki uzantıları da fəal dəstək verirlər.

Biz, İctimai Liderlər Platforması olaraq cəmiyyətimizi, xüsusilə, mətbuat nümayəndələrini, QHT sektorunu, sosial şəbəkə iştirakçılarını, xaricdə yaşayan soydaşlarımızı, hər bir vətəndaşımızı və bütün ictimai fəalları bu cür təxribatların qarşısını almağa və onları anındaca ifşa etməyə çağırırıq.

Biz, düşmənlə müharibə şəraitində olan müdrik xalqımızı, vətəndaşlarımızı təmkinli, səbrli olmağa, təxribatlara uymamağa və belə həssas və ağır zamanda hamını ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməyə, ordumuza dəstək olmağa çağırırıq!

Əminik ki, tezliklə torpaqlarımız Ali Baş Komandanın əmri, xalqımızın dəstəyi və qəhrəman ordumuzun gücü ilə erməni işğalçılarından azad olunacaqdır!

Vətən uğrunda canlarını fəda edən bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirik!

Tanrı Dövlətimizi, Xalqımızı, Müstəqilliyimizi və  Ordumuzu qorusun!"

İctimai Liderlər Platformasının üzlvləri: 

1.Rauf Zeyni Milli Qeyri-Hökumət Təşkilatları Forumu
2.Sabit BağırovSahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu
3.Umud MirzəyevBeynəlxalq Avrasiya Mətbuat Fondu
4.Əliməmməd NuriyevKonstitusiya Araşdırmalar Fondu
5.Sahib Məmmədov Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası
6.NovelaCəfərova D.Əliyeva adina Azərbaycan Qadinlarının Hüququnun Müdafiə Cəmiyyəti
7.Səadət Bənənyarlı "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" ictimai birliyi
8.SəltənətQocamanlı İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi
9.Qorxmaz İbrahimli Biosfer İctimai Birliyi
10.Əvəz HəsənovHumanitar Tədqiqatlar İctimai Birliyi
11.ƏzizƏləkbərov Azərbaycan Qaçqınlar Cəmiyyəti İctimai Birliyi
12.İsrayılİsgəndərov "Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyi
13.Vüqar Bayramov İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyi
14.ÇingizQənizadə Demokratiya və İnsan Hüquqlari Komitəsi
15.MəhərrəmZülfüqarlı İctimai Problemlərin Tədqiqi Assosiasiyası
16.Kamil Səlimov "Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" ictimai birliyi
17.Fuad Məmmədov"SİMURQ" AZƏRBAYCAN MƏDƏNİYYƏT ASSOSİASİYASI
18.EyyubHüseynov "Azad İstehlakçılar" İctimai Birliyi
19.Tənzilə RüstəmxanlıAzəri Türk Qadinlar Birliyi
20.Mirvari Qəhrəmanova Neftçilərin Hüqularını Müdafiə Təşkilatı İctimai Birliyi
21.ŞəmistanƏlizamanlı "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyi
22.Akif Nağı Qarabağ Azadlıq Təşkilatı İctimai Birliyi
23.Osman GündüzMultimediya Sistemləri İctimai Birliyi
24.Mayis Əliyev Sosial Hüquqların Araşdırılması
25.İradə Rizazadə "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyi
26.Bahar Qasımova"Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İctimai Birliyi
27.Məlahət İbrahimqızı"Lider Qadınlar" İctimai Birliyi
28.Fizüli RzaquliyevVətən Müharibəsi Veteranları İctimai Birliyi
29.Mehdi MehdiyevQarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi 
30.Mehriban ZeynalovaTəmiz Dünya Qadınlara Yardım İctimai Birliyi
31.Etibar Əliyev21-ci əsr Təhsil Mərkəzi İctimai Birliyi
32.Əhməd N. Abbasbəyli"Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyi
33.Nəsiman Yaqublu Tarix və Mətbuat Araşdırmalarına Dəstək
34.ŞahinRəcəbov"Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" ictimai birliyi
35.Aydın Əbilov "Yeni Yazarlar və Sənətçilər" İctimai Birliyi
36.Fikrət Yusifov Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi
37.ElçinHüseynov "Azərbaycan Yazarlar Klubu" İctimai Birliyi
38.Aydın KərimovMüstəqil Hüquq Mərkəzi
39.Əhməd QəşəmoğluTərəqqi və Demokratiya İctimai Birliy
40.Hafiz HəsənovHüquq və İnkişaf İctimai Birliyi
41.Mirəli HüseynovDemokratiyanı Öyrənmə İctimai Birliyi
42.Şəmsəddin ƏliyevPolisə Dəstək İctimai Birliyi
43.Asif ƏsgərliAzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı
44.Emin HəsənliTərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləmndirmə  İctimai Birliyi
45.İlqar OrucovAzəarbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti İctimai Birliyi

 


Oxunma sayı: 5952

Oxşar yazılar