Azərbaycan Ordusunun şəhid olan zabiti dəfn olundu – Foto

  • 16:54 - 13 İyul

Azərbaycan Ordusunun şəhid olan zabiti dəfn olunub. 

APA-nın verdiyi xəbərə görə, iyulun 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun baş leytenantı, 1992-ci il təvəllüdlü Mahmudov Rəşad Rəşid oğlu doğulduğu Biləsuvar rayonu Aşağı Cürəli kəndində torpağa tapşırılıb. Dəfn mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

***

Azərbaycan Ordusunun şəhid olan baş leytenantı Rəşad Mahmudovla vida mərasimi başlayıb. 

APA-nın verdiyi məlumata görə, iyulun 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun baş leytenantı, 1992-ci il təvəllüdlü Mahmudov Rəşad Rəşid oğlunun nəşi doğulduğu Biləsuvar rayonu Aşağı Cürəli kəndinə gətirilib. Hazırda şəhidlə vida mərasimi keçirilir. Vida mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edir.

 

 

 

 

 


Oxunma sayı: 6535

Oxşar yazılar