Ermənistan və Azərbaycan sərhədində artilleriya qurğuları yenidən işə düşdü

  • 16:39 - 13 İyul

Təxminən bir saat əvvəl Ermənistanla sərhəddə, Tovuz istiqamətində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında artilleriya qurğuları yenidən işə düşüb, tərəflər bir-birinə qarşılıqlı zərbələr endiriblər.

Avropa.info xəbər verir ki, bu barədə virtualaz-ya Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı məlumat verib.

V.Dərgahlı həmçinin bildirib ki, düşmən Azərbaycan Ordusunun mövqelərinə də atəş açır. Yaşayış məntəqələri atəşə məruz qalmayıb.


Oxunma sayı: 6315

Oxşar yazılar