Ermənistanın Rusiya səfiri Moskvadan imdad dilədi

  • 16:36 - 13 İyul

Ermənistan Azərbaycanla sərhəddə baş verən qarşıdurma ilə KTMT-nin  əlaqədar mövqeyini bildirəcəyini gözləyir. 

Avropa.info xəbər verir ki, bu sözləri Rusiya Federasiyasındakı səfiri Vardan Toqanyan deyib.

"Ümid edirik ki, KTMT bu gün iclas keçirəcək. Ümid edirik ki, təşkilat mütləq mövqeyini bildirməlidir. Çünki bu, əslində KTMT üzvü olan dövlətin sərhədinin münaqişə ilə əlaqəli olmayan hissəsinə hücumdur", - Toqanyan "Danışır Moskva" radiosunun efirində deyib. 


Oxunma sayı: 9516

Oxşar yazılar