Ermənistanda ara qarışdı: Ermənilər hökumətdən Tovuzda məhv edilən əsgərlərinin meyitlərinin dəqiq siyahısını tələb edirlər – Video

  • 16:05 - 13 İyul

Məlum olduğu kimi, ötən gün günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozublar.

Avropa.info xəbər verir ki, erməni tərəfi baş verən döyüşlərdə Azərbaycan ordusu tərəfindən öldürülən əsgərlərin dəqiq siyahısını gizlədir.

Buna etiraz edən bir qrup erməni hökumətdən meyitlərinin dəqiq siyahısını tələb ediblər.  Erməni əsgərlərinin valideynləri İrəvandakı hospitalın qarşısında etiraz aksiyasına toplaşıb.  Aksiyada polislə etirazçılar arasında qarşıdurma yaşanıb. 

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan "Facebook" səhifəsində iki erməni polisi yaralandığı barədə məlumat yayıb.

"Azərbaycan tərəfinin atəşi nəticəsində sərhəddə keşik çəkən iki polis nəfərimiz yüngül yaralanıb" - məlumat deyilir.


Oxunma sayı: 51668

Oxşar yazılar