Avropa Birliyi Azərbaycan və Ermənistan sərhədindəki atışma ilə bağlı bəaynat verdi

  • 16:01 - 13 İyul

Avropa Birliyi Ermənistan və Azərbaycanı qarşıdurmaya son qoymağa və vəziyyətin gərginləşməsi üçün tədbirlər görməyə çağırır. 

Avropa.info xəbər verir ki, bu barədə AB-nin Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamada deyilir.

"AB hər iki tərəfi silahlı qarşıdurmanı dayandırmağa, gərginliyi doğuran hərəkətlərdən və ritorikadan çəkinməyə və eskalasiyanın qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırır" - sənəddə deyilir.

Qeyd edək ki, bazar günü Azərbaycan ilə Ermənistanın sərhədində - Gürcüstanla həmsərhəd olan Tovuz bölgəsində bölgəsində qarşıdurma baş verdi. Ermənilərin atəşi nəticəsində Azərbaycan ordusunun 3 hərbçisi şəhid olub, 2 hərbçisi yaralanıb. 


Oxunma sayı: 5039

Oxşar yazılar