Türkiyənin hakim partiyası AK Partiyadan Ermənistana sərt mesaj : "Azərbaycana hücumların qarşılıqsız qalmayacağından əmin olun"

  • 15:33 - 13 İyul

"Ermənistan hücumlarının qarşılıqsız qalmayacağından əmin olsun."

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyənin hakim partiyası AK Partiyanın sözçüsü Ömər Çelik deyib. Çelik tvitter hesabından etdiyi açıqlamada, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu deyib. 

"Ermənistan hücumlarının qarşılıqsız qalmayacağından əmin olsun. Ermənistanın Azərbaycanımıza hücumlarını şiddətlə qınayırıq. Şəhidlərimizə rəhmət diləyirik. İstənilən şərt altında, hər zaman Azərbaycanın yanındayıq." 


Oxunma sayı: 10946

Oxşar yazılar