Karantin rejimində kiçik toy məclisi təşkil etmək istəyənlər cəzalandrıldı

  • 14:33 - 13 İyul

Sabunçu rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli şəkildə kiçik toy məclisi təşkil edilməsinin qarşısı polislər tərəfindən alınıb.

Avropa.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşayan Azad Cavadovun oğıuna toy məclisi təşkil etməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal həmin əraziyə yollanaraq karantin qaydasının pozulması halını aşkar ediblər. Məclisin təşkilatçısı A.Cavadov və orada daha 15 nəfər qonaq saxlanılaraq Polis Şöbəsinə gətirilib. 

Xüsusi karantin qaydalarını pozan ümumilikdə 16 nəfər barəsində Polis Şöbəsində  İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb və onların hər biri 200 manat məbləğində cərimə ediliblər.


Oxunma sayı: 8977

Oxşar yazılar